• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümovun İsveçrədəki evi - FOTO

Səlim Müslümovun İsveçrədəki evi - FOTO
22.08.2022 18:30
Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun İsveçrədəki evinin görüntüsü yayılıb, bu barədə xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.
 
Onun sözlərinə görə, ev sabiq nazirin oğlu Asim Müslümlünün adınadır. 
 
Eks-nazirin oğlu hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır. Ev Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex ünvanında yerləşir.


 
61-yaşlı Səlim Müslümov 2000-ci ildən etibarən müxtəlif postlarda yüksək vəzifələrdə çalışıb. O, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini olub. Ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da nazirliyin tabeliyinə verilib. Müslümov 2018-ci ilə qədər nazir olub.
O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan Müslümov 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Sabiq nazir 13 milyon manat rüşvətalma, 14 milyon manat mənimsəmə və israfetmədə suçlanır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Müslümov 27 milyon manatın bir hissəsini ödəyəndən sonra səhhətindəki problemlər əsas gətirilərək həbsdən buraxılıb. O, CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Səlim Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərindən rüşvət almaqda və s. əməllərdə suçlanır.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Cəbiyev haqqındakı cinayət işi sonradan ayrılaraq məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib. Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol