Sabiq icra başçısının biznesmen qızı “Azərsu”nu məhkəməyə verdi

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova "Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraaatına verilib.
Bildirilir ki, məhkəmə iddiası maliyyə sanksiyaları və cərimələr üzrə mübahisələrlə bağlı irəli sürülüb.
2015-2022-ci illərdə Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyən İradə Gülməmmədovanın qızı ilə bərabər həyat yoldaşı da biznes fəaliyyətilə məşğuldur.
Bunlardan başqa İradə Gülməmmədovanın atası Akif Quliyevlə, qardaşı Rövşən Quliyev də sahibkarlıqla məşğuldurlar. Bu şəxslər "Nigər-Q.S” MMC-nin (VÖEN: 1901059821) təsisçisi və qanuni təmsilçisidir.(yeniavaz)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























