• $
  • €
  • ₽
  • ₺
  • £

Arıçılıq yarmarkasında iştirak üçün fermerlər bu qədər pul ödəməlidir

Arıçılıq yarmarkasında iştirak üçün fermerlər bu qədər pul ödəməlidir
22.08.2022 15:40
2022-ci il oktyabrın 1-20-si aralığında Bakıda növbəti arıçılıq yarmarkası iştirak etmək üçün fermerlər 150 manat pul ödəməlidir, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
 
Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənən fermerlərə SMS-lə bildiriş göndəriləcək. Ümumilikdə 250 arıçı yarmarkada öz balını satışa çıxara biləcək. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. 
 
Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.


Balın satışı Nərimanov, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. 
 
Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə biləcəklər. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol