• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda 14 kəndi birləşdirən yol qəzalı vəziyyətdədir

Cəlilabadda 14 kəndi birləşdirən yol qəzalı vəziyyətdədir
22.08.2022 17:52
Cəlilabad rayonunda 14 kəndi birləşdirən magistral yol qəzalı vəziyyətdədir. Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, 14 kəndi birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolu dağılmaq təhlükəsi ilə üz-üzədir.

"Bu yol bir neçə il öncə istismara verilib. Amma yolun təxminən 20 km-lik hissəsi yararsız vəziyyətdədir. Yolda əmələ gələn iri çartlar, çalalar və qoyulan aldadıcı yamaqlar tez-tez bizə problem yaradır. Yağışda, qarda bu yolda hərəkət daha da çətinləşir, texnikanın hərəkətində problem yaranır. Biz də istərdik ki, rahat gedək-gələk, nəqliyyat vasitələrinin hərəkətində problem olmasın", - onlar deyib.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu yol artıq regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb.

Ümumi uzunluğu 34 km, eni 8 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və gündəlik olaraq 20 mindən çox əhali bu yoldan istifadə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol