Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə mərhələsinin vaxtı - Açıqlandı

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.
Bildirilib ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr avqustun 26-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 161 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.
Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.
Qeyd edək ki, vakansiya seçimi avqustun 10-12-də keçirilib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























