Vəzifə maaşlarına əlavələr neçə direktora şamil ediləcək?

Azərbaycanda vəzifə maaşlarına aylıq əlavələr 865 nəfər direktor, 2 343 direktor müavininə şamil olunacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib
Baş nazir Əli Əsədov qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Gülnar Nazimqızı
www.anews.az
"Əvvəl şagird sayı 500 olan direktor da 650 manat vəzifə maaşı alırdı, bütün vergiləri çıxdıqdan sonra, 4000 şagird təhsil alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq", - o deyib.
| Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə) | Direktorun vəzifə maaşına aylıq əlavə (manatla) | Direktor müavininin vəzifə maaşına aylıq əlavə (manatla) |
| 500-dən 700-dək | 600 | 200 |
| 700-dən 900-dək | 750 | 250 |
| 900-dən 1300-dək | 900 | 300 |
| 1300-dən 1700-dək | 1050 | 350 |
| 1700-dən 2100-dək | 1200 | 400 |
| 2100-dən 2500-dək | 1350 | 450 |
| 2500-dən çox | 1500 | 500 |
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























