Məktəblərdə şagird-müəllim saylarının tarazlığı pozulub - Nazir

Bu gün Azərbaycanın rayonlarında yüzlərlə məktəblərdə şagird sayı ilə müəllim sayında tarazlıq pozulub və buna görə də müəllimlərin saatı azalır,nəticədə də müəlkimlər az maaş alır. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.
"Elə məktəblər var ki, 33 şagirdə 14 müəllim düşür. Həmin müəllimləri indi işdən çıxarmaq olmaz. Keçmişdə buna nəzarət etmək olmurdu, amma indi buna nəzarət edə bilirik və hər il addım-addım bu problemləri həll etməyə çalışırıq. Mən bilmirəm bunu zamanında hansı məmur edib nə üçün edib amma bu gün bu bizim acı reallığımızdır ki, müəllimlər hansısa yollarla işə qəbul olunub", - Əmrullayev bildirib.
Nazir əlavə edib ki, hələ də məktəblərdə 6 saata qədər dərs deyən ibtidai sinif müəllimləri var.
"Məsələn, Astarada 356 ibtidai sinif varsa orada 676 ibtidai sinif müəllim var. Bu ardıcıllığı başqa rayonlarda da müşahidə etmək olar. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var", - o deyib.

Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib