• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir bağçalardakı monitorinqlərdən DANIŞDI

Nazir bağçalardakı monitorinqlərdən DANIŞDI
23.08.2022 11:59
Azərbaycanda  uşaq bağçalarında bu günə qədər, təxminən, 80 direktor işdən azad olunub və bir neçə yüz direktor barəsində intizam tənbeh tədbirləri görülüb. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.

Nazir vurğulayıb ki, bağçalarda monitorinqlər yekunlaşmaq üzrədir.

"Ola bilsin oktyabr ayında bəzi bağçalarda pilot layihə olaraq uşaqlara isti yeməklərin verilməsinə başlanılsın", - nazir qeyd edib.
 
Nazir vurğulayıb ki, işə qəbulun elektron qaydada aparılması prosesində müəyyən problemlərin yaranacağı istisna deyil.

"Məsələn, yenə müşahidə edəcəyik ki, 10 yer var, amma 20 nəfər qeydiyyatdan keçmək istəyir. Lakin biz bunu il ərzində yer boşaldıqca təmin edə biləcəyik. Düşünürəm ki, belə olan halda proses daha şəffaf olacaq. Artıq tərbiyəçilərin də işə qəbul imtahanı mərkəzləşmiş qaydada aparılır. Burada da biz prosesin daha şəffaf olacağını gözləyirik”, - o deyib.

Avqustun 8-12-si tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub, nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb.

Monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.
 
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol