• $
  • €
  • ₽
  • ₺
  • £

Rus bölməsinə şagird qəbulu üçün yerlərin çoxu dolub - Emin Əmrullayev

Rus bölməsinə şagird qəbulu üçün yerlərin çoxu dolub - Emin Əmrullayev
23.08.2022 12:07
Azərbaycanda 2022-2023-cü il tədris ilində 1-ci sinif rus bölməsi üzrə 14 min yer var və onların böyük əksəriyyəti dolub. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.
 
"Hazırda bəzi məktəblərdə rus bölməsi üzrə boş yerlər var. 14 min yerə 18 min adam müraciət edirsə, deməli, 4 min nəfər keçə bilməyəcək. Bir sinifdə də şagird sayını artıranda təhsilin keyfiyyəti də aşağı düşür. Siniflərdə şagird sayı artırılsa sonra da şikayətlər olacaq ki, siniflərdə şagird sayı çoxdur. Rus bölməsində təhsilin keyfiyyətini qoruyub saxlamaq bu gün bizim üçün ən böyük problemdir. Çünki lazımi sayda müəllim yoxdur. Kifayət qədər vakansiya var, lakin lazımi sayda namizəd tapa bilmirik. Buna görə də valideynlərdən bunu nəzərə almağı tövsiyə edirəm. Hesab edirəm ki, heç bir valideyn övladının zəif təhsil almasını istəməz. Azərbaycanda 6 il yaşayıb Azərbaycan dilini başa düşmürsə, sualı mənə yox, valideynə vermək lazımdır. Əgər uşaq 6 il ölkədə yaşayırsa, o, Azərbaycan dilini bilməlidir ", nazir bildirib.
 
2022-ci ildə Azərbaycanda orta məktəblərdə rus dilində təhsil alanların sayı artıb. Əgər 5 il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, bu tədris ilində onların sayı 150 mini keçib. Bu, Azərbaycanda təxminən hər 10 şagirddən 1-nin dövlət büdcəsi hesabına rus dilində təhsil alması deməkdir. Azərbaycanda fəaliyyət göstərən 4 mindən çox ümumtəhsil məktəbinin 300-dən çoxunda rus bölməsi var. Ölkə üzrə ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. Bu isə 2021-2022-ci tədris ili üzrə qeydə alınan 1 milyon 590 minə yaxın şagirdin təxminən 10 faizini təşkil edir.

Gülnar Nazimqızı

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol