• $
  • €
  • ₽
  • ₺
  • £

Belə müəllimin şagird qarşısına çıxması günahdır - Nazir danışır

Belə müəllimin şagird qarşısına çıxması günahdır  - Nazir danışır
23.08.2022 12:40
Azərbaycanda bəzi müəllimlər var ki, ibtidai sözünü "iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə səsləndirib.

Nazir əlavə edib ki, sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək

"Sertifikasiya imtahanı müəllimlərin yüklənməsi deyil. Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 yaxud 35 % artırırıq. Bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Problem müəllim sözünü "məllim”, qrup sözünü "qurup” kimi yazanlarla bağlı ola bilər. Sertifikasiyanın mahiyyəti həm də müəllimin həvəsləndirilməsidir, məqsədimiz müəllimləri yormaq deyil”, - o bildirib.
 
Sertifikasiya ilk olaraq ibtidai sinif müəllimləri arasında aparılacaq. Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır. Onların 1279-nun 6 saata qədər, 4030-nun 6-12 saat, 7360-nın 12-18 saat, 16105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12867 ibtidai sinif müəllimi işə qəbul edilib.

"Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına və "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına uyğun olaraq təhsilverənlərin əməkhaqqına əlavə sertifikatlaşma prosesinin nəticələrinə əsasən ediləcək.

Sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.
 
Ləman Qasımova










www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol