Nazir məktəb psixoloqlarının fəaliyyətindən danışıb

Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, orta təhsil müəssisələrinin psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil. Onun fikrincə, bunun səbəbləri tam başqadır.
www.anews.az
Nazir qeyd edib ki, orta təhsil müəssisələrinin psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil. Onun fikrincə, bunun səbəbləri tam başqadır.
"Əvvəllər şagird sayından asılı olmayaraq, hər məktəbdə bir psixoloq fəaliyyət göstərirdi. Biz hazırda məktəblərdə qısnama, bullinq və.s halları ilə bağlı psixoloji xidmətin mahiyyətinin dəyişməsi haqda düşünürük. Bununla bağlı işlərə başlamışıq. Bundan sonra əməkhaqqı məsələsinə də yenidən baxıla bilər. Burada əsas məqam məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqdır", - nazir deyib.
2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 220 nəfər işə qəbul hüququ qazanıb.
2020-ci ildə Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:
- şagird sayı 1 000-dək olduqda, 1 vahid;
- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;
- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib