Azərbaycanda məmur xanımına görə vəzifədən getdi

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb.
Lent.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib.
Sözügedən idarədən faktı təsdiqləyiblər. Bildirilib ki, F. İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir: "Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib”.
Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























