• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq Google Pay də ABB kart sahibləri üçün əlçatandır

Artıq Google Pay də ABB kart sahibləri  üçün əlçatandır
23.08.2022 14:04
Bu gündən etibarən ABB-nin kart sahibləri Google Pay vasitəsilə də ödənişlər edə bilərlər. Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir. 

Google Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər edə bilərsiniz. Bu imkandan yararlanaraq yemək və ərzaq çatdırılması, onlayn alış-verişlər və digər ödənişlər aparmaq da çox rahatdır. Bu zaman hər dəfə mürəkkəb formaları doldurub qeydiyyatdan keçməyə ehtiyac qalmır. Kart məlumatlarını cəmi bircə dəfə sistemə daxil edib Google Pay-in üstünlüklərindən faydalanmaq olur. 

Google Pay-dən istifadə çox asandır. Bunun üçün kart sahibi ABB mobile-dan kartını elektron pulqabı olan Google Wallet-ə əlavə etməklə rahat şəkildə təmassız ödənişlər edə bilər. Google Pay-dən istifadə edən müştərilər ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən də faydalanırlar. Google Pay haqqında daha ətraflı məlumatları https://pay.google.com platformasından və https://abb-bank.az/ səhifəsindən öyrənə bilərsiniz. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol