• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıqabulda şəhid bulağının açılışı olub

Hacıqabulda şəhid bulağının açılışı olub
23.08.2022 22:00
Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Kolanı kəndində anadan olmuş Ağaməmmədov Xəyal Salam oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə doğum günündə tikilmiş bulaq kompleksinin açılışı olub.


Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib.


Şəhidin məzarı ziyarət olundu, üzərinə və xatirə bulağının önünə tər qərənfillər düzülüb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd edib. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirib.


Sonda Şəhidlərin ruhuna dualar oxunub.


Ağaməmmədov Xəyal Salam oğlu 13.11.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda” , "İgidliyə görə”, "Füzuli azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol