• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 milyonluq korrupsiya

Azərbaycanda 2 milyonluq korrupsiya
17.04.2014 10:31
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib.Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş  İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Aparılmış istintaqla mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq Baxışovun, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat edən və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübəhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri, Müşviq Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol