• $
  • €
  • ₽
  • ₺
  • £

“Google Pay” ödənişləri Birbank Visa kart sahiblərinə əlavə keşbek qazandırır

“Google Pay” ödənişləri Birbank Visa kart sahiblərinə əlavə keşbek qazandırır
24.08.2022 12:28
Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar. 


Google Pay-i smartfonunda aktiv edib Birbank Visa kartları ilə ilk dəfə ödəniş edən müştərilər əlavə olaraq hədiyyə qazana bilərlər. Bunun üçün 23 sentyabr 2022-ci il tarixinədək market, kafe və yanacaqdoldurma məntəqələrinin hər birində minimum 20 AZN məbləğində nağdsız ödəniş etdikdə Visa sahibləri 5 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, hər müştəri bu fürsətdən bir dəfə yararlana bilər və keşbeki qazanmaq üçün hər 3 əməliyyatı eyni kart ilə etməlidir.


Google Pay ilə ödənişi həyata keçirmək üçün müştəri Android əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçilər smartfonu blokdan çıxartmaq üçün üz tanıma, barmaq izi funksiyalarından və ya şifrədən istifadə etməlidirlər. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol