“Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarı səsləndirilən aksiya keçirilib

Bu gün, avqustun 24-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Bakıda Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları Ədliyyə Nazirliyinin sözügedən partiyanı qeydiyyata almamasından narazıdır.
Aksiyada iştirakçılar nazirliyi qanunlara əməl etməyə, əsassız əngəllər yaratmamağa çağırıb.
Aksiyada "Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarları səsləndirilib.
2021-ci il noyabrın 11-də qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bu ilin fevralında Ədliyyə nazirliyi Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edib. Nazirlik partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir. Partiyanın məlumatında isə nazilriyin bu iddiasının əsassız olduğunu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir. Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün əsas göstərmək istəyir.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb. 2021-ci ilin oktaybrında keçirilmiş təsis qurultayında partiya elan edilib. Partiyanın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























