• $
  • €
  • ₽
  • ₺
  • £

Professor Hikmət İbrahimov vəfat edib

Professor Hikmət İbrahimov vəfat edib
24.08.2022 23:00
Kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, professor Hikmət İbrahimov vəfat edib.

Professor avqustun 23-də 71 yaşında dünyasını dəyişib.

Hikmət Camal oğlu İbrahimov 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. 1968-ci ildə C.Məmmədquluzadə adına 2 saylı Naxçıvan şəhər orta məktəbi gümüş medalla bitirib, həmin il Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub.

1979-cu ildə dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini alıb.

2010-cu ildə H.İbrahimov "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb, 2019-cu ildə "Neft kimyası” ixtisası üzrə professor elmi adına layiq görülüb.

O, xaricdə və ölkə daxilində 335 elmi əsərin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsi və patentin, üç dərsliyin həmmüəllifi idi. Alimin 90-dan çox elmi məqaləsi Rusiyanın və dünyanın bir sıra aparıcı jurnallarında dərc edilib.

Onun nanohissəciklərin alınmasına və tətbiq sahələrinin araşdırılmasına həsr edilmiş həmmüəlif məqalələri İngiltərə, Almaniya, ABŞ və digər ölkələrin yüksək reytinqli jurnallarında nəşr olunub.

Hikmət İbrahimov 2011-2021-ci illərdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.


 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol