• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzada ölən şəxslər DYP baş inspektorunun müəllimi və həyat yoldaşı olub - YENİLƏNİB

Qəzada ölən şəxslər DYP baş inspektorunun müəllimi və həyat yoldaşı olub - YENİLƏNİB
24.08.2022 20:41
 Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub.


Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qəza nəticəsində faciəli şəkildə həlak olan Anargül Mustafayeva onun müəllimi olub.


Ölümünə qədər Bakı şəhəri 267-saylı tam orta məktəbində müəllim işləyən Anargül Mustafayeva savadlı pedeqoq və nümunəvi ailə başçısı kimi tanınıb:


"Təəsüf ki, günorta saatlarında açıqlama verdiyim ağır qəzada mənə dərs demiş müəllimimin də həlak olması xəbərini aldım.


Bizə savadlı gələcək bəxş edən bir müəllimin vəfatı xəbərini vermək həm məni həm Anargül müəllimi tanıyanları çox məyus etdi.


Məktəb kollektivi ilə birgə məndə həlak olanların ailəsinə başsağlığı verir, səbrli olmağı arzu edirik".


Qurum rəsmisi bir daha hərəkət iştirakçılarına üz tutaraq yol hərəkəti qaydalarına əməl etməyin həyati əhəmiyyətli olduğunu vurğulayıb, vətəndaşları bu qaydalara münasibətdə son dərəcə məsuliyyətli olmağa çağırıb.
 
-------------- 
Fövqəladə Hallar Nazirliyi (FHN) Zığ şosesində baş verən yol qəzası barədə məlumat yayıb.

FHN-dən  bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW” və "Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol