• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ölənlərin sayı artıb

Azərbaycanda ölənlərin sayı artıb
24.08.2022 16:08
Azərbaycanda 2021-ci ildə ölənlərin sayı 2020-ci illə müqayisədə 1,6% artaraq 76878 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi "2021-ci ildə Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlı hesabatında bildirib. 

Hesabata görə, 2020-ci ildə ölənlərin sayı isə 75647 nəfər təşkil edib. 

2021-ci ildə ölənlərin 46%-i qan dövranı sistemi xәstәliklәrindәn ölüb. 2021-ci ildə qan sistemi xəstəliklərindən ölənlərin sayı 2020-ci illə müqayisədə  41228 nəfərdən 41708 nəfərə kimi artıb. 

Ölüm səbəbləri sırasında ikinci  yeri yenitörәmәlәr (xərçəng şişi xəstəlikləri) tutur. 2021-ci ildə  xərçəng xəstəliyindən ölənlərin ümumi sayı 8509 nəfər olub.

Bәzi infeksion vә parazitar xәstәliklәrdәn ölənlər üçüncü sırada gəlir. Bu xəstəlikdən 6677 nəfər ölüb. Ötən il  tәnәffüs sistemi xәstәliklәrindәn 4115, hәzm sisteminin xәstәliklәrindәn 2659, sinir sistemi xәstәliklәrindәn 2520, sidik-cinsiyyәt sisteminin xәstәliklәrindәn 1241 nəfər ölüb. 

Həmin il travmalar, zәhәrlәnmәlәr vә xarici sәbәblәrin tәsirinin bәzi digәr nәticәlәrindәn ölənlərin sayı 2993 nəfər təşkil edib.

Endokrin sistemin xәstәliklәri, ötən il qidalanma vә maddәlәr mübadilәsi pozuntularından 1700 nəfər vəfat edib.
 
Hesabata görə, Azərbaycanda anadangәlmә anomaliyalar (inkişaf qüsurları), deformasiyalar vә xromosom pozuntularından 181, qan, qanyaradıcı orqanların xәstәliklәri vә immun mexanizmin prosesә cәlb olunması ilә gedәn ayrı-ayrı pozuntulardan 66, hamilәlik, doğuş vә zahılıq dövründә 20, sümük-әzәlә sisteminin vә birlәşdirici toxumanın xәstәliklәrindәn 10, dәri vә dәrialtı toxumanın xәstәliklәrindәn 6 nəfər ölüb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ildə psixi pozuntular vә davranış pozuntularından ölən olmayıb.
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol