• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı
24.08.2022 17:16
"Nar” ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərən abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində mükafatlandırma mərasimində ilin ən uğurlu abituriyenti adını qazanan 10 gəncə "Nar”-dan ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edildi. 

Tədbirdə iştirak edən qonaqlar - Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ictimaiyyəti üzvləri, media mənsubları abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. "Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov gəncləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında müvəffəqiyyətlər arzuladı. "Bu yüksək göstərici böyük əzm və zəhmətinizin bəhrəsidir. Mən inanıram ki, həyatınızda hələ bir çox uğurlar sizi gözləyir və yeni-yeni nailiyyətləriniz ilə hamımızı sevindirəcəksiniz.” 
- deyə Əziz Axundov sözlərinə əlavə etdi.    

"Nar” Modern.az İnformasiya Agentliyinin media dəstəyi ilə 2017-ci ildən bu layihəni həyata keçirir. Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq "Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol