• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis həbs olundu - Məhkəmə qərarı

Azərbaycanda polis həbs olundu - Məhkəmə qərarı
24.08.2022 17:41
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətverməyə təhrik əməllərində təqsirli bilinən polis əməkdaşına hökm oxunub.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, sürücü-polis serjantı, 1984-cü il təvəllüdlü Tacəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətə həbs cəzası verilib.


Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Hüseynov vəzifəsindən sui-istifadə edərək 2020-2021-ci illərdə çoxsaylı vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini ələ keçirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciətlər daxil olduqdan sonra, ötən ilin sonunda "Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin tələbinə uyğun olaraq xidmətdən xaric edilib və bir ay sonra – bu ilin yanvarında həbs edilib.


Məhkəmədə məlum olub ki, Tacəddin Hüseynov daxili işlər orqanlarında işləmək istəyən müxtəlif şəxslərə və onların yaxınlarına yalan vəd verərək 15 nəfərə yaxın şəxsin külli miqdarda pulunu ələ keçirib. O, həmçinin quldurluq əməlinə görə tutulmuş Orxan Həsənovun atasından oğlunu həbsdən buraxdıracağı vədi ilə 13 min manat alaraq mənimsəyib.


Zərərçəkənlər arasında bir neçə Vətən müharibəsi iştirakçısı da olub. Belə ki, Tacəddin Hüseynov polis orqanlarında işəgötürülmə prosesi zamanı müharibədə iştirak edilmiş şəxslərə üstünlük verildiyini bildirərək bir neçə müharibə iştirakçısını da aldadaraq pullarını alıb. O, vəd verdiyi şəxslərin Gəncə şəhər Baş Polis İdarəsinə, həmin idarənin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə və sair yerlərdə serjant kimi işlə təmin ediləcəyini bildirib. Bir çox şəxsə isə özünü yalandan polis kapitanı kimi təqdim edərək Kadrlar Şöbəsinin rəisi olduğunu bildirib.

Tacəddin Hüseynov 2008-ci ildən daxili işlər orqanlarında çalışıb, 2017-ci ildən 2021-ci ilədək Gəncə şəhər BPİ-nin MSY-də, 2021-ci ilin mart ayından isə sonuncu vəzifəsində xidmət edib. O, məhkəmədəki ifadəsində törətdiyi əməlləri qismən etiraf edib və vətəndaşlardan ümumilikdə 38 min manat alaraq qaytarmadığını bildirib. Təqsirləndirilən şəxs ələ keçirdiyi pulları şəxsi ehtiyacına və övladının müalicəsinə xərclədiyini deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol