• $
  • €
  • ₽
  • ₺
  • £

Sənay Yağmurun zorlanması işi ilə bağlı Bakıda aksiya keçirilib

Sənay Yağmurun zorlanması işi ilə bağlı Bakıda aksiya keçirilib
24.08.2022 18:18
Feminist fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə azyaşlı Sənay Yağmurun  Əsgər Ağayev adlı şəxs tərəfindən zorlanması faktı ilə bağlı keçirilən məhkəmənin hələ də qərar verməməsinə qarşı etiraz aksiyası keçirib. 
 
Təxminən 20 nəfərin iştirak etdiyi aksiyada əsasən "Məhkəmə satılıq deyil, ədalətli hökm ver!", "Sifarişi dayandır!", "Təcavüzkarı qoruma!" şüarları səsləndirilib. 
 
Fəallar həmçinin ölkə başçısından məhkəmə qərarının çıxarılmasını tələb ediblər. 
  
2021-ci il oktyabrın 12-də yazar Zümrüd Yağmur azyaşlı qızı SƏnay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci il oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 
 
Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır. Artıq 1 ilə yaxındır ki, cinayət işi açılıb, aylardır davam edən məhkəmə prosesində hələ də hökm oxunmayıb. İctimai və  feminist fəallar bu prosesin bilərək uzadıldığını iddia edir. 
 
Ləman Qasımova
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol