• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-nin xalis zərəri 10% artıb

AzTV-nin xalis zərəri 10% artıb
25.08.2022 18:30
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub.

Bu barədə qurumun maliyyə hesabatından aydın olub.


Sözügedən rəqəm 2020-ci ilə nisbətən 9,7% çoxdur.


Ötən il AzTV-nin gəlirləri 34,846 milyon manat (əvvəlki ilə nisbətən 1,4 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 31,141 milyon manat (0,5 % çox), birja əməliyyatlarından gəlirləri 699 min manat (80,6% çox), sair əməliyyat gəlirləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.


İl ərzində səhmdar cəmiyyətin xərcləri isə 36,817 milyon manat (1,8 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 0,991 milyon manat (42% çox), əməkhaqqı xərcləri 21,485 milyon manat (4,4% çox), amortizasiya xərcləri 3,366 milyon manat (25,6% az), sair əməliyyat xərcləri isə 10,976 milyon manat (5,9 % çox) təşkil edib.


2021-ci ildə AzTV 23 min manat mənfəət vergisi ödəyib ki, bu da 2020-ci illə müqayisədə 6,1% azdır.


Bu il yanvarın 1-nə səhmdar cəmiyyətin aktivləri 24,292 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 3,8% azalaraq 1,012 milyon manata düşüb, balans kapitalı isə 0,6% artaraq 23,28 milyon manata çatıb.


 AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı isə 10,725 milyon manatdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol