Polisin məhkəməyə verdiyi fəalın ittihamı sərtləşdirilib

Azərbaycanda Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayəti ilə bağlı ilk məhkəmə hazırlıq iclası keçirilib. Gülnarə Rəhimova barəsində seçilmiş 147.1 maddəsi ağırlaşdırılaraq, 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə əvəz edilib. Bu, Bakının Xətai Rayon Məhkəməsi keçirilən prosesdə elan edilib.
Rəhimova barədə seçilən 148-ci maddə (təhqir) üzrə ittiham da qalır ki, bu, 6 aya qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. ittihamı da qalır.
Şikayətin verilmə səbəbi avqustun 11-də Gülnarə Rəhimovanın Facebook-da paylaşdığı yazı olub. Belə ki, cari il iyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Rəhimova bildirib ki, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub və Məmiyevin döyülməsində iştirak edən serjant Seymur İmanovun fotosunu paylaşaraq informasiyanı ictimailəşdirib.
AXCP fəalı özünü özünü günahkar saymır. O deyib ki, polis işçisini təhqir etməyib, onun fotosunu paylaşıb, İddiaçı İmanovdan şərh almaq mümkün olmayıb.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, xidmət aparan polis əməkdaşlarının fotoşəkilləri bəzi sosial şəbəkə səhifələrində yayılır, müxtəlif məzmunlu şərhlər verilir, onların təhqirə və hədələrə məruz qoyulması halları baş verir.
"Bu, birmənalı qarşılanmır və hüquq müstəvisində tədbirlər görülür. Bəzi xanımlar var ki, onların hərəkətlərində kifayət qədər təhqir və böhtanla bağlı hüquqi əsaslar olsa da, indiyə qədər səbr, təmkin göstərilib. Dəfələrlə kütləvi tədbirlərdə, sosial şəbəkələrdə əməkdaşlarımız qəsdlə, məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıblar, fotoşəkilləri paylaşılaraq linç ediliblər. Bu, heç kimə sirr deyil və aşkar formada həyata keçirilib. Bunlarla bağlı sosial şəbəkələrdə və DİN-də arxivləşdirilən görüntülər - sübutlar var. Etiraf edilməlidir ki, tərəfimizdən indiyə qədər heç bir fakt sübuta çevrilməklə hansısa xanıma qarşı iddia qaldırılmayıb. Nəticədə bu təmkin bəzilərində arxayınçılıq yaradıb. Görünən odur ki, hüquqi və etik baxımdan onlar hədə və təhqir dolu aqressiv davranışlarını həm də ona görə nümayiş etdiriblər ki, onlara qarşı polis tərəfindən məsuliyyət yaradan məhkəmə iddiası qaldırılmayacaq. Ancaq hara qədər polis əməkdaşları məqsədli olaraq hədə və təhqirlərə məruz qalaraq, fotoşəkilləri paylaşılaraq linç ediləcək?”, - o deyib.

Elşad Hacıyev əlavə edib ki, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd davranış inzibati və cinayət məsuliyyəti yaradır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib