“Aİ-92” və dizelin aksiz dərəcəsinin artması qiymətləri dəyişəcək? - AÇIQLAMA

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağının aksiz dərəcəsi 18 %-dən 18,3%ə qaldırılıb. Bu, Nazirlər Kabineti "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.
Nazirlər Kabinetinin yeni qərarı "Aİ-92” və dizelin bahalaşmasına səbəb ola bilərmi?
İqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, daxili aksiz dərəcəsinin dəyişdirilməsi birbaşa qiymət artımına təsiri yoxdur, amma son qərarı Tarif Şurası verib.
"Aksiz dərəcəsinin artımı da nəzərəçarpacaq səviyyədə deyil. Bunu bəhanə edərək qiymət artımına getməməlidirlər. Amma istehlakçılar, hansı ki, aksiz vergi ödəyiciləridir, onlar xərclərinin artmasını və gəlirlilik səviyyəsinin aşağı düşməsini bəhanə gətirərək bir müddət sonra Tarif Şurasına müraciət edə bilərlər. Amma istənilən halda son qərar hökumətdən asılı olacaq. Yəni Tarif Şurası aksiz və ya başqa vergi növlərinin artmasına baxmayaraq, qiymətləri yerində saxlaya bilər. Tarif Şurasının belə səlahiyyəti və imkanı var. Bu, sadəcə olaraq, təhlükə zəngidir, bahalaşmaya birbaşa səbəb deyil”, - Cəfərli bildirib.
Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarı yanacağın pərakəndə satış qiymətinin artırılacağına dəlalət etmir. Ekspertin fikrincə həmin qərarla dövlətin yanacaqdan əldə etdiyi qazanc artacaq.
"Azərbaycanda yanacağın satış qiymətinin artırılması birbaşa olaraq Tarif Şurasının səlahiyyətindədir. Çünki daxili bazarda yanacağın satış qiyməti dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin bu gün verdiyi qərara görə isə yanacaqdan dövlət büdcəsinə gələn gəlirin strukturu dəyişir. Aksiz vergisi dövlətə çatan hissədir. Yəni birbaşa dövlət büdcəsinə gedən vəsaitdir. Dövlət hesab edir ki, hər litr yanacağın satışından əldə olunan gəlirin həcmi onu satan üçün çoxdur və ona görə də dövlətə çatan gəlir hissəsini, yəni aksiz dərəcəsini 0.5% artırır”, - o bildirib.

Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur. AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 72.6 dəfə artaraq 173 milyon 403,17 min dollar təşkil edib.
Azərbaycana AI-92 markalı avtomobil benzinin idxalının kəskin artımı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar olub.
Hesabata görə, 125 milyon 645,95 min dollar dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan (41 milyon 731,96 min dollar dəyərində 36 min 571 ton), Qazaxıstandan (3 milyon 998,18 min dollar dəyərində 3 min 526,29 ton) və Rumıniyadan (2 milyon 27,08 min dollar dəyərində 1 min 525,41 ton) idxal edilib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib