• $
  • €
  • ₽
  • ₺
  • £

6 ayda nə qədər şəhid ailəsi və müharibə iştirakçısına xidmət göstərilib?

6 ayda nə qədər şəhid ailəsi və müharibə iştirakçısına xidmət göstərilib?
25.08.2022 12:22
2022-ci ilin yanvar-iyulda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ölkədə fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində 211 müharibə iştirakçısı və şəhid ailələrinə xidmət göstərilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin altı aylıq hesabatında məlumat verilib.
 
Qurumda vətəndaşlar 238 xidmətdən yararlanıb. Bu xidmətlərin 216-sı səhiyyə, 18-i immunoprofilaktikaya dair məlumatlandırma, 4-ü isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi ilə bağlı olub.
 
 
Hazırda Agentlik vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərir. Birinci TƏBİB-ə tabe olan tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. İkinci  COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı sualların cavablandırılması və Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.Sonuncu  isə tibbi arayışların elektron registrindən məlumatların verilməsinə aiddir.

Vahid əlaqələndirmə mərkəzləri ilk dəfə 2021-ci ilin 23 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) mərkəzlərində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.
 
Məhluqə Tağıyeva 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol