• $
  • €
  • ₽
  • ₺
  • £

Nail Kəmərlinin avtomobilinə hücum olundu - VİDEO

Nail Kəmərlinin avtomobilinə hücum olundu - VİDEO
25.08.2022 13:06
Videobloger Nail Kəmərlinin avtomobilindən özünə məxsus video kamera oğurlanıb. Bu barədə bloger özünün rəsmi "Facebook" hesabında yazıb.
 
Kəmərli soyğunçuluğun narkomaniya barədə çəkdiyi videolarla bağlı olduğu qənaətinə gəlib. 
 
"Gecə saatlarında yaşadığı ərazidə park etdiyim "Niva” markalı avtomobilə soyğunçuluq edilib. Açar yolu ilə maşının qapısını açıblar. Maşında olan, çəkilişdə istifadə etdiyim  "Canon” 60D markalı kamera oğurlanıb.  Maqintafonu sındırıblar. Maşına başqa zərər verilməyib. Düşünürəm ki, bu əməl narkotik istifadəçiləri tərəfindən törədilib. Son çəkilişimdən sonra narkotik satanların mənə qarşı təzyiqləri başladı. Davamı olacaqmı bilmirəm. Amma onlara qarşı mübarizəmi davam etdirəcəm", - o deyib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ barədə araşdırılma aparıldığı deyilib. 

 

 
Nail Kəmərli əsasən narkomaniya haqqında çəkdiyi videolar ilə tanınıb. Bloger əsasən narkotik istifadəçilərinin çox yayıldığı ərazilərdən repotaj edir, narkomanların hekayələrini əks etdirən material hazırlayır. Sonuncu belə materialı avqustun 22-də özünün rəsmi "Youtube" kanalında yayımlanıb. O, Bakının Cəlil Məmmədquluzadə ("Papanin”) küçəsində narkomanların daha çox yığıldığı ərazidən reportaj hazırlayıb. Reportajdan sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Cəlil Məmmədquluzadə ("Papanin”), Şimal şitilliyi ("Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Bildirilib ki, Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. 

Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb ki, Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınmış cinayət hadisələrinin 5768-i və ya 31,7%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. 

Sözügedən cinayətlərin 59,9 %-i satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 %-i eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6%-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 %-i güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 %-i isə digər cinayətlər təşkil edib.
 
Ləman Qasımova
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol