• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə: Hesabatlarını ictimaiyyətə açıqlamayan müəssisələr cərimələnəcək

Komitə: Hesabatlarını ictimaiyyətə açıqlamayan müəssisələr cərimələnəcək
16.04.2014 21:18
 Qanunvericilikdə nəzərdə tutulmuş hesabatları ictimaiyyətə açıqlamayan səhmdar cəmiyyətlər 1500-3000 manat cərimə olunacaqlar.“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədr müavini İlqar Muradov bildirib. Onun sözlərinə görə, həmin müəssisələr haqqında böyük inzibati cərimələr tətbiq edilir: “Mütəmadi olaraq bu sahədə bilikləri, bacarıqları və zərurətləri əks etdirən məlumatları bölgələr vasitəsilə həmin müəssisələrə çatdırırıq”. Komitə sədrinin müavini deyib ki, bu ilin əvvəllərində İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər olub: “Vaxtilə bu cür qanun pozuntularına yol verildiyi halda cərimələrin məbləği 200-250 manat idisə, artıq bu məbləğlər 1 500-3 000 manat civarındadır. Buna görə də müəssisələr bu hesabatların dərc olunmasının vacibliyini başa düşüblər. Bu istiqamətdə komitə ardıcıl olaraq fəaliyyətini davam etdirəcək”. İ.Muradovun sözlərinə görə, Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30%-dən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edirlər: “Banklar və sığorta şirkətlərini çıxmaqla, səhmdar cəmiyyətlərinin cəmi 20-30%-i öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verirlər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol