• $
  • €
  • ₽
  • ₺
  • £

Sərsəng su anbarının istismar qaydalarını Azərbaycan müəyyənləşdirəcək - VİDEO

Sərsəng su anbarının istismar qaydalarını Azərbaycan müəyyənləşdirəcək - VİDEO
25.08.2022 21:20
Laçının mərkəzində, yəni dəhlizin olduğu bölgədə vəziyyətin necə olduğunu əlbəttə ora getdikdən sonra görəcəyik. İllərdir işğal altında olan, Qarabağın ən böyük su anbarı olan Sərsəngə isə dünən getdik, baxış keçirdik, danışıqlar aparılırdı uzun müddət və nəticə var. İllərdir ermənilər yayda suyu bağlayırdı, 6 rayonumuzun torpaq sahələri susuzluqdan yanırdı, qışda da suyu açıb buraxırdılar, oraları su basırdı. Vətən müharibəsindəki zəfərimizdən, qisas əməliyyatımızdan sonra bütün bu məsələlər həllini tapır.

Anews.az xəzər xəbər-ə istinadən xəbər verir ki,30 ildən sonra ilk dəfə Azərbaycan su mütəxəssisləri Qarabağın ən böyük su anbarına - Sərsəngə baxış keçiriblər.

Prosesdə iştirak edən "Meliorasiya və Su Təsərrüfatı "ASC-nin rəsmisi Adil Qafarlı bildirib ki, artıq Sərsəng Su anbarının istismar qaydaları Azərbaycanın tələbləri əsasında formalaşacaq.

Adil Qafarlı deyib ki, Anbarla bağlı iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası müzakirə olunub.

Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol