Baş nazir 6 aylıq iqtisadi artımlardan danışdı

Azərbaycanda cari ilin 6 ayında iqtisadi artım 6,2% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Xarici ticarət 70%-dən çox artıb. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.Bu barədə baş nazir Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bildirildi ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bu istiqamətdə işlər davam edir.
Cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artıb. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir.
Yük daşımaların artmasını nəzərə alınaraq Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanında yükdaşıma qabiliyyəti 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























