Azərbaycanda baş verən yanğınların sayı açıqlandı

Azərbaycanda 2022-ci il yanvarın 1-dən avqustun 25-nə qədər 10900 yanğın hadisəsi baş verib, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev cari ilin avqustunda Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir. Belə ki, İşğaldan azad edilən ərazilərdə bu il 224 yanğın hadisəsi baş verib, 3 min hektardan çox meşə ərazisi və kol-kos yanıb.
"Azərbaycanda cari ildə 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub. Bu il ən çox yanğın Füzulidə (1680 hektar), Ağdamda (508 hektar) qeydə alınıb. İşğaldan azad olunan ərazilərdə həm yanğından mühafizə xidməti, həm də xilasetmə xidmətinin əməkdaşları növbə çəkirlər. Həmin ərazilərdə hansısa yanğın baş verərsə, dərhal reaksiya veriləcək", - o deyib.
Fövqəladə Hallar Nazirliyinin rəsmisinin sözlərinə görə, hazırda Siyəzən, Şabran, Quba, Qusar və Masallıda yanğınlar davam edir.
"Bütün yanğınlar nəzarət altına alınıb və söndürülməsi istiqamətində işlər davam edir", - o əlavə edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevun sözlərinə görə, son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir.
"Yanğına məruz qalan 891 hektar ərazi isə bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir. Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir", - nazir müavini deyib.
"Yanğına məruz qalan 891 hektar ərazi isə bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir. Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir", - nazir müavini deyib.
Firdovsi Əliyevin sözlərinə görə, tələf olmuş meşə zolağını bərpa etmək üçün ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək.
"Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək. Bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq", - o söyləyib.
"Azersky” peykindən əldə olunmuş təsvirlər əsasında aparılan tədqiqatların nəticələrinə görə, 2022-ci ilin avqustunda 5311 hektar ərazidə yanğın baş verib. Bunun 3711 hektarı Şabran, 800 hektarı Siyəzən, 555 hektarı Quba, 164 hektarı Şamaxı, 71 hektarı Xaçmaz, 6 hektarı Şəki və 4 hektarı Qəbələ rayonlarının payına düşür. Yanmış ərazinin təxminən 30%-i, yəni 1670 hektarı meşə sahəsidir.
"Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























