Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb

Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb, bunu ekologiya və təbii sərvətlər (ETSN) nazirinin müavini Firdovsi Əliyev bu ilin avqustunda Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
Proqram ETSN tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) Azərbaycandakı nümayənəliyinin texniki dəstəyi ilə hazırlanıb.
Gülnar
www.anews.az
Proqram ETSN tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) Azərbaycandakı nümayənəliyinin texniki dəstəyi ilə hazırlanıb.
2022-2030-cu illəri əhatə edəcək proqram müvafiq qurumlarla razılaşdırması üçün aidiyyatı üzrə təqdim edilib.
2019-cu ildə Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.
Milli Meşə Proqramının hazırlanmasında əsas məqsəd meşələrin idarə edilməsi üzrə institutsional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini reallaşdırmaqdan ibarətdir.
Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycanın coğrafi ərazisinin meşə fonduna ayrılan hissəsinin 95 %-i dağlıq ərazilərdə yerləşir. Bunun da 49 %-i Böyük Qafqaz, 34 %-i Kiçik Qafqaz dağları, təxminən 14-15 %-i Talış dağları və yerdə qalan 5 %-i isə Aran rayonlarının payına düşür.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























