• $
  • €
  • ₽
  • ₺
  • £

Yevlaxda bir ayın şirkəti 106 minlik tender uddu

Yevlaxda bir ayın şirkəti 106 minlik tender uddu
26.08.2022 13:11
Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
 
Tender müsabiqəsinin qalibi "Orlondo Az” MMC (VÖEN - 1102637081) olub.

Müsabiqənin şərtlərinə görə, "Orlondo Az” MMC Yevlax şəhər MKTB-yə əkin materialları, gübrələr və digər mallar satacaq və qarşılığında 105 min 800 manat alacaq.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.

Yevlax şəhər MKTB tender müsabiqəsini 25.07.2022-ci il tarixində elan edib. Qalib şirkət olan "Orlondo Az” MMC isə bundan cəmi bir ay əvvəl - 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı "Qaradağ rayonu, Lökbatan ŞTQ. Keçid 1594, ev 30, m. 8”də yerləşir. Qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Yevlax şəhərində dövlət qurumları tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.(yeniavaz)
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol