Meşələrə giriş bağlanacaq? - AÇIQLAMA

Azərbaycanda meşələrə giriş, həmin hissələrdən keçən yollar bağlana bilməz, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Fransada qeydə alınan praktikanın Azərbaycanda tətbiq edilməsi mümkün deyil.
"Biz yanğınların qarşısının alınmasına səy göstərməliyik. Təbii bərpaya kömək tədbirlərinin gücləndirilməsi, insanların məlumatlandırılması, ehtiyatsızlıqdan baş verən hadisələrin aradan qaldırılması lazımdır. Amma meşələrə girişi bağlaya bilmərik. Meşədən keçən yollardan istifadə edən sakinlər var. Onların gediş-gəlişini məhdudlaşdırmaq olmaz", - o deyib.
Azərbaycanda cari ildə 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib