Tarif Şurasının bu səlahiyyəti ləğv edildi - SƏRƏNCAM

Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsinə dair yeni prosedur müəyyənləşdirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























