• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədov hakim qarşısına çıxarıldı

Rasim Məmmədov hakim qarşısına çıxarıldı
26.08.2022 19:00
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə və israf etməkdə təqsirləndirilən "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rasim Məmmədovun anket məlumatları dəqiqləşdirilib.
 
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Bildirib ki, zərərçəkmiş tərəfin vəkili prosesdən uzaqlaşdırılsın. Vəkil bildirib ki, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə iştirak etmək üçün etibarnaməsi yoxdur.
 
Lakin vəsatət təmin edilməyib.
 
Daha sonra Rasim Məmmədovun vəkili növbəti vəsatət qaldırıb. O bildirib ki, işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası 2 həftə təxirə salınsın.
 
Təqsirləndirilən şəxs Rasim Məmmədov isə deyib ki, ona ittiham aktı təqdim edilməyib.
 
"Mənə ittiham aktı təqdim olunmayıb. Bilmirəm hansı faktlarla təqsirləndirilirəm", - o deyib.
 
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətin əsassız olduğu qərarına gəlib və vəsatət rədd edilib.
 
Sonra təqsirləndirilən şəxsin vəkili daha bir vəsatət qaldırıb. Bildirib ki, məhkəmə istintaqında Rasim Məmmədov şüşə qəfəsdən çıxarılaraq zalda otursun, proses audiovizual qeydlərlə aparılsın və proses açıq keçirilsin.
 
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Hazırlıq iclasının davamı sentyabrın 2-ə təyin olunub.
 
Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
 
Rəsmi məlumatda bildirilib ki, "Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb.
 
Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə "Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
 
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol