Göyçay sakinlərinin problemləri dinlənildi

"Azəriqaz” İctimai Birliyinin səyyar qəbul otağı növbəti dəfə Göyçay rayonunda qurulub.
Aksiyada rayon və ətraf kəndlərdən üz tutan 10-dək sakinin müraciəti dinlənilib. Kürdşaban kənd sakini, Çayarxı kənd sakini, müharibə iştirakçısı, 2-ci Ərəbcəbirli kənd sakini, müharibə iştirakçısı "Azəriqaz”da müvafiq işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. Çərəkə kənd sakini bəzi hallarda təbii qaz təzyiqinin aşağı olduğunu bildirib.
Bundan əlavə görüş zamanı əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəzlənməsinə dair müraciətlər də daxil olub.
Ünvanlanan suallarla bağlı Birliyin Ağsu Regional Qaz İstismar İdarəsinin məsul şəxsləri vətəndaşlara lazımi izahatlar verərək daxil olan müraciətlərin Birlik rəhbərliyinə çatdırılacağını qeyd ediblər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib