• $
  • €
  • ₽
  • ₺
  • £

İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib

İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib
27.08.2022 10:26
Bir neçə gün əvvəl Səbail rayonu İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisində insident baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qoruq ərazisində polis əməkdaşı Murad Quluzadə (soyadlar şərtidir) buruntaqsız "Stuff” cinsi iti gəzdirən 4 gəncə (3 oğlan və 1 qız) yaxınlaşıb. O, gənclərə itə buruntaq taxılmalı olduğunu, ətrafdakı insanların, xüsusilə uşaqların qorxa biləcəyini deyərək irad bildirib və İçərişəhərdə bu formada it gəzdirməyin qadağan olduğunu vurğulayıb. Bu zaman gənclər əvvəlcə itin təhlükəsiz olduğunu deyiblər və polis əməkdaşı onlardan tələbini davam etdirincə, "Bizim kim olduğumuzu bilirsən?!”, deyərək münaqişə yaradıblar. Münaqişə zəminində onlar M.Quluzadəyə fiziki müdaxilə ediblər, polis əməkdaşı yerə yıxılıb. Bundan sonra əraziyə Səbail RPİ 9-cu PB-nin əməliyyat qrupu gəlib və polisin tələbinə əməl etməyən şəxslər bölməyə gətirilib.

Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol