• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunda yenilik - Video

Azərbaycan Ordusunda yenilik - Video
27.08.2022 11:06
Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.

Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.

Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.

Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir.  Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında  xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol