• $
  • €
  • ₽
  • ₺
  • £

Fəalın həyat yoldaşının ölkədən çıxışı qadağan edilib

Fəalın həyat yoldaşının ölkədən çıxışı qadağan edilib
28.08.2022 13:00
Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş siyasi mühacir Anar Əliyevin xanımının ölkədən çıxışına qadağa qoyulmasından məhkəməyə şikayət verilib.  Bu barədə vəkil Elçin Sadıqov "Turan"a İnformasiya Agentliyinə bildirib.

Almaniyada humanitar əsaslarla sığınacaq almış fəal Anar Əliyev iyulun 8-də xəstə atasını ziyarət etmək üçün xanımı və 2 uşağı ilə birlikdə Azərbaycana gəlib.
Lakin iyulun 25-də həbs edilib.

Onun xanımının Azərbaycandan çıxmasına qadağa qoyulub. Bu səbəbdən, o, uşaqların təhsillərini davam etdirməsi üçün geri qayıda bilmir.

Vəkil Elçin Sadıqov fəalın xanımının ölkədən çıxışına qanunsuz qadağa qoyulması ilə əlaqədar Bakı Şəhər Nizami Rayon Məhkəməsinə şikayət verib.
 
"Biz qadağanın qanunsuz sayılması və onun ləğv edilməsi xahişilə məhkəməyə müraciət etmişik", - vəkil deyib.

O qeyd edib ki, Anarə Əliyeva nə şahid, nə zərərçəkən, nə də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb. 

Şikayətə baxılması sentyabrın 1-nə təyin edilib.

Anarə Əliyeva deyib ki, şantaja məruz qalır.
 
"Nizami Polis İdarəsində həyat yoldaşımı  yola gətirməyi, onu "cinayət törətdiyini etiraf etməyə” razı salmağı, həmçinin mətbuata və beynəlxalq təşkilatlara bu məsələ barədə məlumat verməməyi təklif edirlər. Bunun əvəzində ölkədən çıxışa qadağanın götürüləcəyini vəd edirlər. Mən belə bir qanunsuz sövdələşməni qəti şəkildə rədd etdim. Bundan sonra məni təqsirləndirilən şəxs qismində cəlb edəcəklərilə hədələdilər”, - o deyib.

O hesab edir ki, həyat yoldaşı Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə təqib olunur.

Hüquq sahəsində ekspert Namizəd Səfərov bu hadisəni şərh edərkən Əliyevanın ölkədən getməsinə qoyulan qadağanı əsassız adlandırıb.
 
"Cinayət Prosessual Məcəlləsinə əsasən ölkədən çıxışa qadağa yalnız təqsirləndirilən şəxsə şamil edilə bilər. Azərbaycanın heç bir qanununda zərərçəkənlərin, şahidlərin və ya şahid qismində cəlb oluna bilən şəxslərin ölkədən çıxışına məhdudiyyətlərin qoyulması ilə bağlı qaydalar yoxdur. Eyni zamanda, Cinayət Prosessual Məcəlləsinə əsasən təqsirləndirilən şəxsin ailə üzvləri onun əleyhinə ifadə vermək üçün şahid qismində cəlb oluna bilməzlər, bu, Konstitusiyaya ziddir”, - ekspert bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bundan öncə "Turan"a bildirib ki, Anar Əliyev konkret cinayət əməli törətməkdə şübhəli bilinərək cəlb olunub, istintaq davam edir.

O, həbs edilən şəxsin xanımının söylədiklərinin həqiqətəuyğun olmadığını bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol