FHN-in Masallıda yanğının söndürülməsinə cəlb olunan təyyarəsi qəza enişi edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.Bu barədə qurumdan bildirilib.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























