Sabah hava necə olacaq?

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























