Bakıda kilsədə Azərbaycan dilində dua oxundu - VİDEO

Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə olaraq Azərbaycan dilində dua oxunub.
Keşişin duanı oxuyarkən Azərbaycan dilinə müraciət etməsi maraqla qarşılanıb.
Kilsə 1909-cu ildə memar Verjbitskinin layihəsi əsasında məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.
1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbar kimi fəaliyyət göstərib.
1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı Rus Pravoslav Kilsəsinin sərəncamına verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























