• $
  • €
  • ₽
  • ₺
  • £

Əjdər Olun romanı Türkiyədə çap olundu

Əjdər Olun romanı Türkiyədə çap olundu
29.08.2022 22:30
Tanınmış Azərbaycan şairi, yazıçı Əjdər Olun "Lo" romanı Almaniyadan sonra Türkiyədə də nəşr olunub.
 
Türkiyədə "Qan işığı” adıyla çapdan çıxan kitab İstanbul Türk Ədəbiyyatı Vəkfinin "Turay” yayın evində işıq üzü görüb. Kitabı türk dilinə tanınmış şair, yazıçı İmdat Avşar tərcümə edib.
 
İmdat Avşarın kitaba yazdığı ön sözdə bildirildiyi kimi, Azərbaycanın son qırx illik tarixindən bəhs edən "Qan işığı” romanında müəllif tariximizin olduqca ağrılı və qarışıq bir mərhələsini anladır. Bu roman yazıçı təxəyyülünün uydurması yox, tarixi hadisələrin, əsl gerçəklərin öz əksini tapdığı dolğun bir əsərdir. Əsər, əsasən 1988-1993-cü illəri əhatə edir. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyi uğrunda mübarizənin, Birinci Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, az qala, hər bir vətəndaşın evinin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir, oxucuda tarixin əhəmiyyətli bir mərhələsi haqqında dolğun təsəvvür yaratmağa çalışır.
 
 Əjdər Olun "Lo” romanı ilk dəfə Azərbaycanda 2019-cu ilin noyabrında "Qanun" nəşriyyatında çap olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol