• $
  • €
  • ₽
  • ₺
  • £

""Parkovşik"lər bildirirlər ki, onlardan gündəlik toplanan 50-80 manat polis rəislərinə çatır"

""Parkovşik"lər bildirirlər ki, onlardan gündəlik toplanan 50-80 manat polis rəislərinə çatır"
29.08.2022 17:20
Yollarda hər 20-30 metrlik hissələrə səpələnərək avtomobili park edən kimi yaxınlaşan və pul istəyən şəxslərin bir çoxu bildirirlər ki, onlardan gündəlik olaraq 50-80 manat toplanaraq həmin rayonun polis rəislərinə çatdırılır. Bunu ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

"Hörmətli Vilayət müəllimdən (daxili işlər naziri Vilayət Eyvazov - red.) xahiş edirəm, bu iddianı araşdırsın, ictimaiyyətə məlumat versin, əgər doğrudan da parkinq sahələrinə nəzarət edən şəxslər polis rəislərinə ödəniş etmirlərsə, o zaman bu ödənişlərin kimlərə getməsini araşdırsın, bizə bildirsin. Hər halda möhtərəm cənab Prezidentimizin illər əvvəl belə qanunsuz parkinq yığımlarına etiraz etməsindən sonra hələ də bu pulların hara, kimə getməsini araşdırmış olarsınız”, - paylaşımda bildirilib.

Bəxtiyar Hacıyev paylaşımında pul yığımı ilə əlaqədar başqa iddialar da səsləndirib.
 

"Bir də böyük rayon və şəhərlərdən (ən azından Gəncə, Yevlax) Bakıya mütəmadi sərnişin daşıyan nəqliyyat vasitələrindən, həmin rayonların polisləri (PPX əməkdaşları) hər reys üçün bir neçə manat toplayırlar. Bu barədə foto, video, audio yazıları da var. Bunu da araşdırıb, ictimaiyyətə məlumat verməyinizi xahiş edirəm”.

İctimai fəal növbəti paylaşımında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidovun onunla əlaqə saxladığını bildirib:

"DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov zəng etmişdi. Bildirdi ki, avtomobillərin qadağan olunmayan yerlərdə parkinq edilməsinə görə ayrı-ayrı adamlar tərəfindən toplanan vəsaitdən rayon polis rəislərinə gündəlik plan verilməsi barədə yazdıqlarım rəhbərlik tərəfindən dərhal nəzarətə götürülüb və araşdırma başladılıb. Əgər faktlar varsa, DİN-ə təqdim etməyimi xahiş etdi.

Mən də bu məlumatları toplayıb, təqdim edəcəyimi bildirdim. Qeyd etdim ki, DİN-in əlində belə məlumatları toplamağa və araşdırmağa imkanlar daha çoxdur.

Hər halda ayrı-ayrı şəxslər çörək pulu üçün gün altında 8-10 saat dayanırsa, onlara ödəniş etməkdə problem görmürəm. Amma onlar 8-10 saat gün altında işlədikdən sonra topladıqları pulların 50-80 manatı hansısa rəisin villa tikməsi üçün əllərindən alınırsa, belə ödənişlər etməkdən imtina edirəm.

Gözləyək, DİN-in araşdırma nəticəsində formasız, vəsiqəsiz, şəhərin hər küncünü tutmuş şəxslərin kimə gündəlik plan verdiklərini öyrənərik”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol