• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan 138 itkinin meyit qalıqlarını təhvil verib - AÇIQLAMA

Ermənistan 138 itkinin meyit qalıqlarını təhvil verib - AÇIQLAMA
30.08.2022 10:49
2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatdan  sonra Ermənistan itkin düşən 138 şəxsə aid olduğu ehtimal edilən meyitləri Azərbaycana təhvil verib, bunu Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi tədbirdə Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Birinci və İkinci Qarabağ müharibəsində ümumilikdə 3896 nəfər itkin düşmüş kimi qeydə alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.
 
"Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb”, Axundov deyib.
 
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib.

"Birincisi, Üçtərəfli bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari ilin aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari ilin aprel ayının 3-dək İşğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib. (9 məzar boş çıxıb, 1 məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib). Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib”, - o deyib.


 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol