• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Qulinin qardaşı həbs olunub

Lotu Qulinin qardaşı həbs olunub
30.08.2022 12:52
Rusiyada qanuni oğru, Alik Rıjiy kimi tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Rövşən Abasov və Namik Səlifov saxlanılıb. Bu barədə  REN TV məumat verib.

Kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvanın Aviatsionnaya küçəsindəki fitnes klubunun ərazisində güllələnib. Həmin gün polis 32 yaşlı Azərbaycan vətəndaşı olduğu bəlli olan qatili  yaxalayıb.
 

Namik Səlifov Türkiyədə qətlə yetirilən Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.  "Quli” gürcü dilində "ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. 

"Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub. "Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada, əsasən, "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.

"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o, həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. 

 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol