Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb - Kamran Əliyev

Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. Bunu İranın paytaxtı Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşü zamanı deyib. Məlumatı İRNA xəbər agentliyi yayıb.
"41 Azərbaycan vətəndaşı İrana qaç.b. Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözləyirik. Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, - Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır.
"Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər. Artıq 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”, - o deyib.
Baş prokuror həmin şəxslərin adlarını İranlı həmkarına təqdim etdiyini də söyləyib.
"Ekoloji məsələlərlə bağlı dediniz ki, erməni həmkarınızla görüşmüsünüz, amma Araz bölgəsində onların nə qədər dürüst olduqlarını bilmirəm, çünki onların çaya sənaye tullantıları atdıqları barədə xəbərimiz var”, - baş prokuror vurğulayıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























