• $
  • €
  • ₽
  • ₺
  • £

Ekologiya Nazirliyinin rəsmisi: “Ağacları gecə kəsirlər...”

Ekologiya Nazirliyinin rəsmisi: “Ağacları gecə kəsirlər...”
16.04.2014 16:30
“İl ərzində 1200 ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 milyon yarımdan çox cərimə tətbiq edib”. Bu sözləri “Axar.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi.   Onun sözlərinə görə, tətbiq edilən cərimələrdən cəmi 25 minə qədəri ödənilib: “Digərləri ilə bağlı isə nazirlik məhkəməyə müraciət edib. Nazirlik cərimələnən şəxsdən məcburi şəkildə cəriməni ala bilməz. Bunu hüquqi qaydada həll edirik. Əgər ağacları gecə vaxtı gizli şəkildə kəsiblərsə və bunu kimlərin etdiyi məlum deyilsə, bu barədə polisi məlumatlandırırıq. Faktı onlar araşdırır”. İ.İbrahimova qeyd edir ki, nazirlik ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqətdə saxlayır: “Son vaxtlar, xüsusilə gecə vaxtlarında ağacların qanunsuz olaraq kəsilməsi barədə gələn məlumatların sayı həddindən artıq çoxdur. Nazirlik də bunun şahididir. Bu səbəbdən nazirlik ağac terroruna qarşı mübarizəni daha da aktivləşdirib”.   Nazirlik sözçüsü deyir ki, bir ərazidə ağacların qanunsuz şəkildə kəsilməsi faktı müəyyən edildiyi zaman, nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq protokol tərtib olunur və cərimə qərarı qəbul edilir: “Tətbiq edilən cərimənin bir çox hallarda ödənilməməsi işimizdə çətinlik yaradır. Nazirliyin işi icazə olmadan ağacları məhv edənləri müəyyən edib, onlara cərimə tətbiq etməkdir. Ancaq cərimələrnən şəxs cəriməsini ödəmirsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsə fiziki güc tətbiq edə bilməz. Belə olduğu halda məsələ hüquqi çərçivədə həll edilir. Cərimələnən şəxs cəriməsini ödəməkdən boyun qaçırdığı halda nazirlik bununla əlaqədar məhkəməyə müraciət edir”.   Mətbuat xidmətinin rəhbəri vətəndaşları da bu məsələdə diqqətli olmağa və ağacların qanunsuz kəsilməsi ilə bağlı nazirliyi məlumatlandırmalarını məsləhət gördü: “Nazirliyin “Qaynar xətt” xidməti 24 saat ərzində fəaliyyət göstərir. Jurnalistlərdən və vətəndaşlardan rica edirik ki, belə hallarla qarşılaşdıqları vaxt nazirliyə məlumat versinlər. Yaşıllıqları təkcə nazirlik deyil, vətəndaşlara da qorumalıdır. Nazirlik demək olar ki, mətbuatla birgə işləyir bu sahədə. Ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı xəbər olan zaman aidiyyəti qurumları məlumatlandırırıq. Yer məlumdursa, elə həmin gün əməkdaşlarımız ora yollanır”.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol